Bakı sakini avtobusda ölüb

Bakı sakini avtobusda ölüb Bakı. 5 iyul. REPORT.AZ/ Ötən gün ərzində yolda iki ölüm hadisəsi qeydə alınıb.
Sağlamlıq
5 İyul , 2018 13:02
Bakı sakini avtobusda ölüb
Report
0 : 00
0 : 00

Bakı. 5 iyul. REPORT.AZ/ "Ötən gün ərzində yolda iki ölüm hadisəsi qeydə alınıb".

"Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova deyib. 

O qeyd edib ki, onlardan biri 48 yaşlı Oleq Abramovdur: "Həmin şəxs “Koroğlu” metrostansiyasının qarşısında dünyasını dəyişib. İkincisi Günəşli qəsəbəsində avtobusda dünyasını dəyişən 73 yaşlı sakin olub. Hər iki şəxs də ürəktutmasından ölüb".

Nazirlik rəsmisi əlavə edib ki, avtomobildə iki uşağın dünyasını dəyişməsi, yaxud yolda günvurmadan bir nəfərin ölməsi ilə bağlı səsləndirilən fikirlər əsassızdır: "Çünki yay mövsümü başlayandan günvurma ilə bağlı heç bir ölüm faktı qeydə alınmayıb". 

Son xəbərlər

Orphus sistemi