Yuxarı

Yevlaxda son 10 gündə 5 nəfəri gün vurub

Belə insanlara ilkin tibbi yardım elə yerindəcə göstərilməlidir

Bakı. 29 iyul. REPORT.AZ/ Hava şəraitinin isti keçməsi ilə əlaqədar Qarabağ bölgəsində günvurma ilə bağlı təcili tibbi yardıma müraciət edənlərin sayı artıb. Yevlax Təcili Tibbi Yardım Stansiyasının baş həkimi Kamil Haqverdiyevin "Report"a verdiyi məlumata görə, son 10 gündə 5 nəfər günvurma ilə bağlı təcili tibbi yardıma müraicət edib.

Baş həkim bildirib ki, günvurma ilə bağlı müraciət edənlərə tibbi yardım göstərildikdən sonra evə buraxılıblar: "Günəşin ultrabənövşəyi şuası altında çox olmaq insan səhhəti üçün zərərlidir. Xəstədə baş ağrısı, gicəllənmə, ürək bulanması, ürək döyünməsi artır, səthi tənəffüz çoxalır".

O, günvurmadan qorunmaq və günvurma şübhəsi olan insanlara məsləhət görüb ki, insanlar sərin ev şəraitində olmalıdırlar: "Günvurma şühbhəsi olan insanlar mütləq həkimə müraciət etməlidirlər. Çünkü günvurmadan insan həyatını da itirə bilər. Belə insanlara ilkin tibbi yardım elə yerindəcə göstərilməlidir. Belə insanlara çox miqdarda maye içirtmək və qida rejiminə riayət etmək lazımdır. Mütamadi həkim məsləhəti alınmalıdır".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi