Azərbaycanın baş endokrinoloqu: “Xaricdən gələn həkimləri heç öz ölkələrində tanıyan yoxdur”

Azərbaycanın baş endokrinoloqu: “Xaricdən gələn həkimləri heç öz ölkələrində tanıyan yoxdur” Rafiq Məmmədhəsənov: “Sonradan isə səhhətlərində ciddi fəsadlar ortaya çıxır və bizim həkimlər onları müalicə etməli olurlar”
Sağlamlıq
1 İyun , 2017 15:43
Azərbaycanın baş endokrinoloqu: “Xaricdən gələn həkimləri heç öz ölkələrində tanıyan yoxdur”

Bakı. 1 iyun. REPORT.AZ/ “Xaricdən gələn həkimləri heç öz ölkələrində tanıyan yoxdur. Onlar yaxşı həkim olsalar, öz ölkələrində qalıb işləyərlər”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın baş endokrinoloqu, Milli Məclisin Səhiyyə komitəsinin üzvü Rafiq Məmmədhəsənov deyib.

O bildirib ki, xaricdən gələn həkimlər burada özlərini reklam edirlər: “Xəstələr də bu reklamı görüb onların yanına gedir. Sonradan isə səhhətlərində ciddi fəsadlar ortaya çıxır və bizim həkimlər onları müalicə etməli olurlar”.

R.Məmmədhəsnov xaricdən gələn həkimlərin işinə irad tutaraq qeyd edib ki, onlar xroniki xarakter daşıyan xəstəlikdən əziyyət çəkən xəstələrə yalnış müalicə üsulu tədbiq edirlər: “Xaricdən gələn elə həkimlər var ki, hansısa dərmanı xəstəyə yazır və deyir ki, bunu qəbul et, bir həftəyə hiporteniya və ya şəkərli diabetdən azad olacaqsan. Təbii ki, onların hamısı biznes maraqları güdürlər və işlərini reklam edirlər. Həm də əhalinin məlumatsızlığından istifadə edirlər. Bu səbəbdən cərimələri daha da artırmaq lazımdır”. 

Son xəbərlər

Orphus sistemi