Yuxarı
    Bağlamaq

    Azərbaycanda yetkinlik yaşına çatmayanlara dərman vasitələrinin buraxılması qaydaları hazırlanıb

    Bu il 212 dərman vasitəsinin sənədləşmə və qablaşdırmasında olan uyğunsuzluğa görə Azərbaycana idxalına icazə verilməyib

    Bakı. 20 dekabr. REPORT.AZ/ "Yetkinlik yaşına çatmayanlara dərman vasitələrinin buraxılması qaydalarının layihəsi hazırlanaraq razılaşdırılması üçün aidiyyəti qurumlara göndərilib".

    "Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Əczaçılıq subyektləri üzrə iş şöbəsinin müdir müavini Pərviz Əzizbəyov mətbuat konfransında deyib.

    Onun sözlərinə görə, hazırda Səhiyyə Nazirliyi dərman vasitələrinin Azərbaycana idxalına rəy verilməsi qaydaları hazırlanır: "Bu il 212 dərman vasitəsinin sənədləşmə və qablaşdırmasında olan uyğunsuzluğa görə Azərbaycana idxalına icazə verilməyib".

    “Dezinfeksiya fəaliyyətinin təşkilinə və həyata keçiirlməsinə dair sanitariya-epidemioloji tələblər”, “Kosmetoloji müəssisələrin (kabinetlərin) yerləşdirilməsinə, quruluşuna, təchizatına və istismarına dair sanitariya normaları və qaydaları” normativ-hüquqi aktlarının layihələrinin, “Stomatoloji tibb müəssisələrinə (kabinetlərinə) dair sanitariya-gigyena tələbləri”nə əlavə və təkliflərin Ədliyyə Nazirliyində qeydiyyatdan keçməsi zamanı istinad edilən müvafiq qanunlarda mövcud olan kolliziyanın aradan qaldırılması məqsədilə yeni qanun layihəsi də hazırlanır. Həmçinin “Dərman vasitələri haqqında” qanuna, İnzibati Xətalar Məcəlləsinə, “Sanitariya-epidemioloji salamatlıq haqqında” qanuna dəyişikliklər barədə təklif və layihələr də aidiyyəti üzrə razılaşdırılaraq müvafiq qurumlara təqdim olunub".

    P.Əzizbəyov qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatı və Beynəlxalq Əczaçılıq Federasiyasının müvafiq tövsiyələrini rəhbər tutaraq "Etibarlı İstehsalat Təcrübəsi" (GMP), “Etibarlı Aptek Təcrübəsi” (GPP), “Etibarlı Distributor Təcrübəsi” (GDP), və “Etibarlı Saxlama Təcrübəsi” (GSP) adlı yeni tələblər hazırlanaraq baxılması üçün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə göndərilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi