Yuxarı
    Bağlamaq

    Baş pediatr: "Azərbaycanda yeni dünyaya gələn körpələrin təqribən 2 faizində irsi xəstəliklər aşkar olunur"

    Diridoğulanların 0,6 faizində xromosom xəstəlikləri aşkar olunur

    Bakı. 7 dekabr. REPORT.AZ/ "Azərbaycanda yeni dünyaya gələn uşaqların təqribən 2 faizində, yəni hər yüz nəfərin ikisində irsi xəstəliklər aşkar olunur".

    "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında respublikanın baş pediatrı Nəsib Quliyev deyib.

    Onun sözlərinə görə, diridoğulanların 0,6 faizində xromosom xəstəlikləri aşkar olunur: "Ölü doğulan (5,6 faizdən 11 faizədək) və düşük nəticəsində (50-70 faizhalda) ölənlərdə isə bunun faizi daha çoxdur. Bu xəstəliklərin irsi mənbəyi xromosomlar (Edvard, Daun sindromu) və genlərlə bağlı ola bilər".

    N.Quliyev bildirib ki, yeni doğulan körpələrdə aşkarlanan irsi xəstəliklərin sayı çoxdur: "Ümumiyyətlə, insan orqanizmində irsi, yaxud anadangəlmə inkişaf anomaliyalarına rast gəlinmədiyi sistem yoxdur. İrsi xəstəliklərin birdəfəlik müalicəsi mövcud deyil. Bu xəstəliyin daşıyıcıları insan orqanizmində olan 3 trilyon somatik hüceyrənin hamısında var. Ona görə də bu xəstəliyin birdəfəlik sağalması mürəkkəb məsələdir. Hər bir xəstəliyin yaşama müddəti var".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi