Yuxarı
    Bağlamaq

    Azərbaycanda yeni növ narkotik maddələrin siyahısı hazırlanır

    Siyahılar təsdiq olunması üçün ilkin olaraq Nazirlər Kabinetinə göndərilib

    Bakı. 11 aprel. REPORT.AZ/ Azərbaycanda yeni növ narkotik maddələrin siyahısı hazırlanır. "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Respublika Narkoloji Mərkəzinin direktoru Telman Məmmədhəsənov deyib.

    Onun sözlərinə görə, bu gün dünyada "dizayn narkotik"dən geniş istifadə olunur: "Bununla bağlı Vyanada Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsi ilə həmin narkotiklərin müvafiq siyahıya salınması məsləhət görülüb. Bu tövsiyə yekdilliklə qəbul olunub. Bununla da həmin maddələr qadağan olunmuş narkotik vasitələrinin tərkibinə daxil edilib".

    "Hazırda bizim ölkədə də bu istiqamətdə işlər gedir" - deyən qurum rəsmisi bildirib ki, həmin narkotik vasitələr müəyyənləşdirilərək siyahıya alınır: "Onların miqdarı, qadağan olunmuş narkotik və prisxatrop maddələrin, dövriyyəsinə nəzarət olunan psixatrop maddələrin siyahısına salınması nəzərdə tutulub. Siyahılar hazırlanaraq təsdiq olunması üçün ilkin olaraq Nazirlər Kabinetinə göndərilib. Orada müvafiq nazirliklərlə müzakirələr təşkil olunacaq, son nəticə siyahıları hazırlanacaq. Milli Məclisə layihə təqdim olunacaq və yekun qərarı prezident təsdiqləyəcək".

    Mərkəzin direktoru qeyd edib ki, bunlar yeni sintetik yolla hazırlanan narkotik vasitələrdir: "Onlar dərman vasitələri deyil. Yeni təqdim olunan "dizayn narkotik"lərinin siyahısı ümumi narkotik vasitələrin siyahısına əlavə kimi təqdim olunacaq. Ümumilikdə siyahıya 12 adda yeni "dizayn narkotik"lərinin siyahısı əlavə ediləcək. Onlardan 7-si ümumi narkotiklərin siyahısına, 4-ü dövriyyəsi qadağan olunan psixotrop maddələrin (onlar psixi təsir göstərir), biri isə dövriyyəsinə nəzarət olunan psixotrop maddələrin siyahısına daxil ediləcək.

    Bütün yeni narkotik maddələr beynəlxalq təcrübədə "dizayn narkotik"ləri adlandırılır. Çünki onların tərkibləri müxtəlif psixiatrik maddələrdən təşkil olunub. Azərbaycanda son dövrlər bu tip narkotiklərə təsadüf olunur. Ölkə üzrə geniş yayılmasa da, qabaqlayıcı tədbirlər görülməsi üçün onların bu və ya siyahıya salınması tövsiyə olunur".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi