"Bu gün Azərbaycanda 265 minə yaxın şəkərli diabet xəstəsi var. Yəqin bu qədər də xəstəlikləri barədə məlumatlı olmayan insan var".
"Report" xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin Respublika Endokrinoloji Mərkəzinin direktor müavini Babək Salek deyib.
Onun sözlərinə görə, II tip diabet gözlənilmədən başlayır və xəstələr uzun müddət xəstəliklərindən xəbərsiz olur: "Ona görə də həmin xəstələr qeydiyyata düşmür. Məktəblərdə valideynlərin və müəllimlərin bu sahədə məlumatlı olması üçün iki il əvvəl
B.Salek bildirib ki, bu ilin 9 ayı ərzində ölkədə şəkərli diabet xəstələrinin sayı 265 min nəfərə (keçən il 255 min) çatıb: "Şəkərli diabet xəstəsi olan uşaqların sayı respublika üzrə 1800-dən artıqdır. Hökumət tərəfindən bu xəstələr insulin və dərman vasitələri ilə tam təmin edilir".