Yuxarı
    Bağlamaq

    Azərbaycanda qeydiyyatda olan sifilis xəstələrinin əksəriyyəti kişilərdir

    İl ərzində 100000 nəfərdən 5,9 nəfərinə xəstəliyin diaqnozu qoyulub

    Bakı. 18 noyabr. REPORT.AZ/ Azərbaycanda müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan 1084 nəfər sifilis xəstəsi var.

    "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, qeydiyyatda olan xəstələrin 690 nəfəri kişi, 394-ü qadındır.

    Ötən il ölkədə 560 insana ilk dəfə sifilis diaqnozu qoyulub ki, onlardan 347-si kişi olub. Bu da o deməkdir ki, il ərzində əhalinin hər 100 000 nəfərindən 5,9 nəfərinə qeyd olunan xəstəliyin diaqnozu qoyulub.

    Ötən il ilk dəfə süzənək diaqnozu ilə qeydə alınanların sayı 538 nəfər olub ki, onlardan da 444-ü kişilər olub. Qeydiyyatda 112 süzənək xəstəsi var ki, onların da 93 nəfəri kişidir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi