Azərbaycanda nikaha daxil olmaq istəyən 45 nəfərin İİV-ə yoluxduğu aşkarlanıb

Azərbaycanda nikaha daxil olmaq istəyən 45 nəfərin İİV-ə yoluxduğu aşkarlanıb Şöbə müdiri: “Son 6 ayda nikaha daxil olmaq istəyən 62 302 şəxs İİV müayinəsindən keçirilib”
Sağlamlıq
1 Dekabr , 2015 13:53
Azərbaycanda nikaha daxil olmaq istəyən 45 nəfərin İİV-ə yoluxduğu aşkarlanıb

Bakı. 1 dekabr. REPORT.AZ/ “Ailə Məcəlləsinə edilən dəyişikliklərlə əlaqədar son 6 ayda nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi çərçivəsində 62 302 şəxs İİV-ə görə müayinəyə cəlb olunub və 45 nəfərdə İİV-ə yoluxma faktı aşkarlanıb”. “Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Respublika QİÇS-lə Mübarizə Mərkəzinin şöbə müdiri Natiq Zülfüqarov deyib.

O bildirib ki, əvvəlki illərdə olduğu kimi, bu ilin 11 ayı ərzində mərkəz maarifləndirmə tədbirlərini davam etdirib: “İİV-ə görə müayinənin əlçatanlığını təmin etmək məqsədilə ölkə ərazisində 50 stasionar və 12 səyyar məntəqədən ibarət könüllü məsləhət və müayinə şəbəkəsi fəaliyyət göstərir. Risk qrupları arasında İİV-in yayılmasının qarşısını almaq üçün, QHT-lər və əlaqəli beynəlxalq qurumlarla iş davam etdirilir”.

Son xəbərlər

Orphus sistemi