Azərbaycanda müəllimin qaraciyərinin böyük hissəsi anasına köçürülüb.
“Report”un məlumatına görə,
Belə ki, Gəncə şəhərində yerləşən 26 saylı məktəb-liseyin fiziki tərbiyə müəllimi, 1991-ci il təvəllüdlü Murad Məmmədovun qaraciyərinin 68 faizi 1951-ci il təvəllüdlü anası Mahirə Məmmədovaya köçürülüb.
Onun sözlərinə görə, anası uzun müddətdir qaraciyər xəstəliyindən əziyyət çəkirmiş və müalicəsi üçün donora ehtiyac olub: “Anam uzun müddətdir ki, xəstəlikdən əziyyət çəkir. Biz də donor tapa bilmirdik. Əvvəlcə kiçik qardaşım donor olmaq istəyirdi. Amma mən onu qoymadım, özüm donor olmağı düşündüm. Mən bununla bağlı Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinə müraciət edərək maddi dəstək istədim. Nəhayət, Fondun dəstəyi ilə mənim qaraciyərimin 68 faizi anama köçürüldü. Əməliyyat iyunun 19-da baş tutdu və 8 saata yaxın davam etdi. Anam mənim donor olduğumu bilmir”.