Azərbaycanda meyitdən orqan və toxumaların götürülməsi üsulları hazırlanır

Azərbaycanda meyitdən orqan və toxumaların götürülməsi üsulları hazırlanır "Ölkədə orqan köçürülməsi ilə bağlı problem var"
Sağlamlıq
3 Mart , 2016 17:28
Azərbaycanda meyitdən orqan və toxumaların götürülməsi üsulları hazırlanır

Bakı. 3 mart. REPORT.AZ/ Hazırda Səhiyyə Nazirliyi meyitdən orqan və (və ya) toxumaların götürülməsi üsullarını hazırlayır. "Report"un xəbərinə görə, bu barədə məlumat Azərbaycan Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Hesabatda qeyd olunub ki, səhiyyə sahəsində bu gün ölkədə orqan köçürülməsi ilə bağlı problem var. "İnsan orqan və (və ya) toxumlarının transplantasiyası haqqında" qanunun qəbul olunmasına baxmayaraq, bu gün də orqan köçürülməsi üçün mütləq sağlam adamlardan bu orqan köçürülməlidir.

"Dünyasını dəyişmiş insanlardan orqanların köçürülməsi məsələsi qanunvericilikdə öz əksini tapsa da, hələ də bunun icra mexanizmləri yoxdur. Qanunun yerinə yetirilməsi, icra mexanizmlərinin tapılması önəmli məsələdir.

Lakin meyitdən orqanların götürülməsi ilə bağlı icazənin verilməsi yaxın qohumlar və ya qanuni nümayəndələr tərəfindən qətiyyətlə rədd edilir.

Problemin həlli üçün bu sahədə aidiyyəti dövlət qurumlarının qarşılıqlı fəaliyyətinin təmin edilməsi və əhali arasında kütləvi informasiya vasitələri tərəfindən maarifləndirmə işlərinin gücləndirilməsi məqsədəuyğundur, - deyə hesabat sənədində bildirilib.

Qeyd edək ki, hesabat Milli Məclisin martın 15-də keçirilməsi nəzərdə tutulan plenar iclasında müzakirə olunacaq. 

Son xəbərlər

Orphus sistemi