Azərbaycanda iyunun 1-dən nikaha daxil olmaq istəyən 82 min nəfər müayinədən keçib

Azərbaycanda iyunun 1-dən nikaha daxil olmaq istəyən 82 min nəfər müayinədən keçib Səhiyyə Nazirliyinin ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib
Sağlamlıq
25 Dekabr , 2015 20:21
Azərbaycanda iyunun 1-dən nikaha daxil olmaq istəyən 82 min nəfər müayinədən keçib

Bakı. 25 dekabr. REPORT.AZ/ "Ailə Məcəlləsinə edilən dəyişikliklərlə əlaqədar iyun ayının 1-dən etibarən 82 minə yaxın insanın qan nümunəsi müayinə olunub". "Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin ilin yekunlarına həsr olunmuş kollegiya iclasında nazirliyin Tibbi Yardımın Təşkili şöbəsinin müdiri Gülmirzə Poladov deyib.

O bildirib ki, nikaha daxil olanların tibbi müayinəsi talassemiyanın profilaktikası baxımından çox böyük əhəmiyyət kəsb edir: "Bu ilin ötən dövrü ərzində qan nümunəsi götürülənlər arasında 5500 nəfər talassemiya daşıyıcısı, 53 nəfərdə QİCS, 320 nəfərdə sifilis xəstəliyi aşkar edilib. Müayinə olunanların arasında 40 cütlük aşkar edilib. Bunlara lazımı tibbi-genetik məsləhətlər və sonrakı müayinələr haqqında ətraflı məlumat verilib".

Son xəbərlər

Orphus sistemi