Azərbaycanda istənilən qadın reproduktiv sağlamlıq vəziyyətini qiymətləndirə biləcək

Azərbaycanda istənilən qadın reproduktiv sağlamlıq vəziyyətini qiymətləndirə biləcək "Reproduktiv Sağlamlıq" və "Qeyri-infeksion xəstəliklərə dair Məlumat Portal"larının təqdimatı keçirilib
Sağlamlıq
11 Sentyabr , 2015 14:37
Azərbaycanda istənilən qadın reproduktiv sağlamlıq vəziyyətini qiymətləndirə biləcək

Bakı. 11 sentyabr. REPORT.AZ/ Bu gün Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) təşkilatın www.saglamliq.isim.az maarifləndirici internet səhifəsində yaradılan "Reproduktiv Sağlamlıq" və "Qeyri-infeksion xəstəliklərə dair Məlumat Portal"larının təqdimatı keçirilib. "Report" xəbər verir ki, tədbir iştirakçılarına hər iki portal barədə geniş məlumat verilib.

Qeyd olunub ki, müxtəlif xəstəliklər səbəbindən ölüm və xəstələnmə hallarının profilaktikası məqsədi ilə geniş əhali, xüsusilə gənclər arasında maarifləndirmənin aparılması məqsədi ilə qeyri-infeksion xəstəliklərə dair məlumat portalı yaradılıb. Burada şəkərli diabet, yüksək qan təzyiqi, artıq çəki və piylənmə, sağlam qidalanmanın əsasları, tütünçəkmə, spirtli içkilərdən sui-istifadə, fiziki aktivlik və digər hallarla bağlı ətraflı məlumat və tövsiyələr əldə etmək mümkündür. Bununla yanaşı, istənilən şəxs portalda yaradılan "Mənim sağlamlığım" bölməsinə daxil olaraq, ümumi sağlamlıq vəziyyətini qiymətləndirməklə sağlamlıq üçün risk faktorlarını müəyyənləşdirə və onların aradan qaldırılması, profilaktikası üçün dəyərli məlumatlar əldə edə biləcəklər.

"Reproduktiv Sağlamlıq" portalının əsas məqsədi isə ana və uşaq ölümünün azaldılması, təhlükəsiz doğuşların aparılması, mamalıq ağırlaşmalarının profilaktikası, yenidoğulmuşlara keyfiyyətli tibbi qayğının göstərilməsinin təmin edilməsidir. İstənilən qadın "Mənim Reproduktiv Sağlamlıq" bölməsinə daxil olaraq, reproduktiv sağlamlıq vəziyyətini qiymətləndirə bilər. 

Xatırladaq ki, portalda yerləşdirilən məlumatlar tibb elminin ən son müasir tövsiyələrinə əsaslanır və onların hazırlanmasında UNİCEF, ÜST, ABŞ-ın CDC, Böyük Britaniyanın NHS VƏ NİCE təşkilatlarının əhali üçün nəzərdə tutulan informasiya və təlim materiallarından istifadə edilir.

Son xəbərlər

Orphus sistemi