Yuxarı

Azərbaycanda ilk dəfə Azərbaycan-Türkiyə Onkoloji Günləri keçiriləcək

Beynəlxalq konfransda Türkdilli ölkələrin Onkoloji Dərnəyinin yaradılması nəzərdə tutulub

Bakı. 11 aprel. REPORT.AZ/ Azərbaycanda ilk dəfə olaraq Azərbaycan-Türkiyə Onkoloji Günlərinin keçirilməsi tarixi artıq dəqiqləşib. 

"Report" xəbər verir ki, 10-13 sentyabr tarixlərində baş tutacaq konfransda yerli və türkiyəli mütəxəssislərin iştirakı ilə dövrün ən aktual onkoloji xəstəlikləri müzakirə ediləcək.

Onkologiyanın aktual problemlərinə həsr olunan konfrans günlərində Bakıya gələn digər türkdilli ölkələr də daxil olmaqla 300-ə yaxın nüfuzlu tədqiqatçı və aparıcı mütəxəssislər onkoloji xəstəliklərin diaqnostikası, müalicəsi, səhiyyənin müxtəlif aktual problemləri, onkologiyanın qarşısında duran vəzifələr barədə fikir mübadiləsi aparacaqlar.

Beynəlxalq konfransda ilk dəfə olaraq Türkdilli ölkələrin Onkoloji Dərnəyinin yaradılması nəzərdə tutulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi