Yuxarı

Azərbaycanda icbari tibbi sığorta 1 rayon və 1 şəhər tipli ərazidə pilot qaydada tətbiq ediləcək

Pilot layihənin həyata keçirilməsinin məqsədi əhalini və tibb müəssisələrini icbari tibbi sığorta sisteminə keçidə hazırlamaqdır

Bakı. 5 iyul. REPORT.AZ/ Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ötən müddət ərzində aparılmış araşdırmaların nəticələrinə dair əlaqədar dövlət qurumları ilə müzakirələr aparır.

Agentlikdən “Report”a verilən xəbərə görə, icbari tibbi sığortanın pilot qaydada tətbiqi ilə bağlı rayonların seçilməsi ilə əlaqədar araşdırmalar davam edir.

Pilot layihənin 1 rayon və 1 şəhər tipli ərazidə həyata keçirilməsi nəzərdə tutulur.

Rayon və şəhərin tibbi xidmət infrastrukturu və tibbi xidmətin təşkilində müəyyən fərqlər olduğundan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi həm şəhər, həm də rayon tipli ərazidə icbari tibbi sığortanın tətbiqini sınaqdan keçirəcək.

Pilot layihənin həyata keçirilməsinin məqsədi əhalini və tibb müəssisələrini icbari tibbi sığorta sisteminə keçidə hazırlamaqdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi