Azərbaycanda I tip şəkərli diabetdən əziyyət çəkən uşaqların sayı açıqlanıb

Azərbaycanda I tip şəkərli diabetdən əziyyət çəkən uşaqların sayı açıqlanıb Onların 99 faizi insulindən asılı vəziyyətdədir
Sağlamlıq
11 Noyabr , 2016 12:04
Azərbaycanda I tip şəkərli diabetdən əziyyət çəkən uşaqların sayı açıqlanıb

Bakı. 11 noyabr. REPORT.AZ/ "Hazırda Azərbaycanda rəsmi olaraq 212 577 nəfər şəkərli diabet xəstəsi qeydiyyatdadır". 

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Respublika Endokrinoloji Mərkəzinin direktor müavini Babek Salek deyib.

Onun sözlərinə görə, həmin xəstələrdən 28 924 nəfəri I tip, 183 653 nəfəri isə II tipdir: "I tip şəkərli diabet xəstələri arasında 1 150 nəfərini məhz uşaqlar təşkil edir. Onların 99 faizi insulindən asılı vəziyyətdədir. Ümumiyyətlə, şəkərli diabet xəstələrinin sayında artım müşahidə olunmaqla yanaşı, xəstəliyin cavanlaşması prosesi də özünü büruzə verir. Belə ki, bu gün dünyada 500 mindən artıq uşaq I tip şəkərli diabet xəstəsidir. Əvvəllər II tip xəstəliyə 45-50 yaş arasında rast gəlinirdisə, indi 30 yaşında bu xəstəlik müşahidə edilir. Hətta bir yaşında olan uşaqlarda da şəkərli diabet xəstəliyi müşahidə edilir".

B.Salek bildirib ki, hazırda dünyada 415 milyona yaxın şəkərli diabet xəstəsi var: "2040-cı ildə bu sayın 642 milyona çatacağı ehtimal edilir. Bu gün dünyada hər 11 nəfərdən biri şəkərli diabet xəstəsidir. 2040-cı ildə isə bu rəqəm hər 10 nəfərə enəcək. Eyni zamanda hər 6 saniyədə bir xəstə şəkərli diabetin fəsadlarından vəfat edir. Bu, ya infarkt, ya insult, ya da böyrək çatışmazlığı səbəbindən olur. Dünyada 46,5 faiz insanın (yəni hər iki nəfərdən biri) öz xəstəliyindən xəbəri yoxdur. Hər 7 doğuşdan biri hestasion şəkərli diabetli hamilə qadınlar olur".

"Diabetin göz, qan-damar, böyrək, sinir sisteminə təsiri nəticəsində ağır problemlər meydana çıxır. Korluq, infarkt miokard, insult, böyrək hemodializi, amputasiya erkən əlilliyə və ölümə səbəb olur. Şəkərli diabet ölüm hallarına görə 4-cü yeri tutur. Belə olan halda yalnız erkən diaqnoz və müdaxilə korluğu qarşısını ala bilər", - deyə Mərkəz rəsmisi vurğulayıb.

Son xəbərlər

Orphus sistemi