Yuxarı
    Bağlamaq

    Azərbaycanda İİV-ə yoluxma faizinin ən yüksək olduğu bölgələrin adları açıqlanıb

    Ötən il İİV-lə əlaqəli müayinə olunan 147 min hamilənin 47-də bu virusa yoluxma halı aşkar edilib

    Bakı. 13 may. REPORT.AZ/ "Azərbaycanda İİV-ə yoluxan insanların 25 faizi Bakı və Abşeronunun, 75 faizi isə regionların payına düşür". "Report"un məlumatına görə, bunu Respublika QİCS-lə Mübarizə Mərkəzinin direktor əvəzi Esmira Alməmmədova bu gün keçirdiyi mətbuat konfransında deyib.

    O bildirib ki, bəzi regionlarda faiz göstəricisi digərləri ilə müqayisədə daha yüksəkdir: "Belə ki, bu rəqəm Şirvanda 49,8 faiz, Hacıqabulda 28, 7 faiz, Astara 22,4 faiz, Lənkəranda 17,7 faiz, Sumqayıt 16, 4 faiz, Xızı və Yevlaxda 11,2 faiz, Mingəçevir və Masallı 9,1 faiz, Göyçayda isə 7,9 faiz təşkil edir".

    E.Alməmmədova qeyd edib ki, ötən il İİV-lə əlaqəli müayinə olunan 147 min hamilənin 47-də bu virusa yoluxma halı aşkar edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi