Azərbaycanda görmə orqanının patologiyası üzrə əlillərin sayı açıqlanıb

Azərbaycanda görmə orqanının patologiyası üzrə əlillərin sayı açıqlanıb Səyyar klinikada minlərlə xəstə müayinə olunub, yüzlərlə xəstədə cərrahiyyə əməliyyatı aparılıb
Sağlamlıq
8 Avqust , 2016 15:25
Azərbaycanda görmə orqanının patologiyası üzrə əlillərin sayı açıqlanıb

Bakı. 8 avqust. REPORT.AZ/ Hazırda Azərbaycanda görmə orqanının patologiyası üzrə əlillərin ümumi sayı 24,3 min nəfərdir.

“Report” Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, ay ərzində akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə 8 mindən çox xəstə müraciət edir, onlardan 5 minə yaxını adətən ilk dəfə müraciət edən şəxslər olur.

Masallı regional şöbəsinə ay ərzində orta hesabla 460-dan çox xəstə, Gəncə filialına isə 1000-dən çox xəstə müraciət edir. Qeydiyyatda olan xəstələrin ümumi sayı 92 976 nəfərdir.

Respublika əhalisinə yüksək səviyyəli oftalmoloji yardımın göstərilməsi çərçivəsinə mərkəzin səyyar klinikasının da fəaliyyəti daxildir. Bu günə qədər səyyar klinikada minlərlə xəstə müayinə olunub, yüzlərlə xəstədə cərrahiyyə əməliyyatı aparılıb.

Son xəbərlər

Orphus sistemi