Yuxarı

Azərbaycanda ən cavan böyrək xəstəsinin 6, ən yaşlısının isə 84 yaşı var

Respublikanın bütün regionlarında dializ mərkəzlərinin açılması planlaşdırılır

Bakı. 29 iyun. REPORT.AZ/ "Hazırda Azərbaycanda ən cavan böyrək xəstəsinin 6, ən yaşlısının isə 84 yaşı var. Bu gün 15 yaşa qədər 9 uşaq dializ alır".

"Report"un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiri Fariz Babayev deyib.

O bildirib ki, hazırda Azərbaycanda 3 044 hemodializ xəstəsi var: "Bu gün Azərbaycanda 1 milyon əhaliyə 450-500 nəfər böyrək çatışmazlığı xəstəsi düşür ki, onların da təxminən 50-55%-nin hemodializə ehtiyacı olur".

F.Babayev xatırladıb ki, bu ilin yanvarın 17-də Nazirlər Kabinetinin qərarı ilə Xroniki böyrək çatışmazlığı (XBÇ) xəstəlikləri üzrə Dövlət proqramının 2016-2020-ci illəri əhatə edən ikinci mərhələsi qəbul olunub. Bu proqrama uyğun olaraq respublikaının bütün regionlarında dializ mərkəzlərinin açılması planlaşdırılır.

Şöbə müdiri qeyd edib ki, əhalinin sıxlıq müşahidə olunan regionlarında, xüsusən Azərbaycanın qərb bölgəsində böyrək xəstələrinə daha çox rast gəlinir: "Dünyanın ən aparıcı ölkələrində böyrək xəstələri arasında ölüm sayı 29-35% təşkil edir ki, Azərbaycanda bu rəqəm 22-23% təşkil edir. Yəni, bir il ərzində 600-650 xəstə ölümü qeydə alınır, dünya statistikası rəqəmlərindən daha aşağıdır".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi