Azərbaycanda əhalinin qida təhlükəsizliyinə ictimai nəzarəti həyata keçirməsi üçün proqram hazırlanıb

Azərbaycanda əhalinin qida təhlükəsizliyinə ictimai nəzarəti həyata keçirməsi üçün proqram hazırlanıb Bakı. 18 may. REPORT.AZ/ Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi yeni mobil dəstək proqramı hazırlayıb. Bu proqram Azərbaycanda əhalinin qida təhlükəsizliyi sahəsində ictimai nəzarət funksiyasını həyata keçirməsinə kömək edəcək.
Sağlamlıq
18 May , 2018 10:44
Azərbaycanda əhalinin qida təhlükəsizliyinə ictimai nəzarəti həyata keçirməsi üçün proqram hazırlanıb
AQTA sədri Qoşqar Təhməzli / Report/ Elchin Murad
0 : 00
0 : 00

Bakı. 18 may. REPORT.AZ/ "Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi yeni mobil dəstək proqramı hazırlayıb. Bu proqram Azərbaycanda əhalinin qida təhlükəsizliyi sahəsində ictimai nəzarət funksiyasını həyata keçirməsinə kömək edəcək".

"Report" xəbər verir ki, bunu agentliyin sədri Qoşqar Təhməzli I Bakı Beynəlxalq Qida Təhlükəsizliyi konfransında deyib.

Onun sözlərinə görə, hər bir Azərbaycan vətəndaşı qida təhlükəsizliyi sahəsində xüsusi maarifləndirmə işlərini öyrənməklə yanaşı, Azərbaycanda təhlükəli və təhlükəsiz qidalar haqqında lazımi bilgiləri mobil dəstək proqramı vasitəsilə əldə edə biləcəklər.

Q.Təhməzli bildirib ki, proqram vasitəsilə vətəndaşlar harada olmasından asılı olmayaraq qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq strukturlarının işinə nəzarət edəcəklər. 

Agentlik sədri vurğulayıb ki, bu nəzarəti qidanın tarladan süfrəyə qədər gətirilməsini əhatə edən bütün mərhələlərdə həyata keçirmək mümkün olacaq. Proqram qida zəncirində iştirak edən bütün sahibkarlıq obyektlərində baş verə biləcək hər hansı bir pozuntunu ortaya çıxaracaq. Eyni zamanda təhlükəli qidanın ictimaiyyət tərəfindən üzə çıxarılmasına kömək edəcək: "Bu da əhalinin bu işdə yaxından iştirakına töhfə verəcək. Ölkə başçısı proqramı çox bəyənib. İyulun 1-dən etibarən proqram istifadəyə veriləcək". 

Son xəbərlər

Orphus sistemi