Yuxarı

Azərbaycanda dərman vasitələrinə verilən nəzarət markasına görə məbləğ müəyyən edilib

“Nəzarət markasının alınmasına görə ödənilən haqqın məbləği”nin təsdiq edilməsi barədə” qərarında dəyişiklik edilib

Bakı. 11 iyul. REPORT.AZ/ Azərbaycan Nazirlər Kabineti “Nəzarət markasının alınmasına görə ödənilən haqqın məbləği”nin təsdiq edilməsi barədə” qərarında dəyişiklik edib.

“Report”un xəbərinə görə, nəzarət markası verilən nüsxələrin siyahısına dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarda), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materialları və dərman vasitələri əlavə edilib.

Belə ki, dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarda), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materiallarının bir nüsxəsi üçün veriləcək bir ədəd nəzarət markası 2 qəpik, dərman vasitələrinin bir nüsxəsi üçün verilən nəzarət markasının qiyməti isə 1 qəpik müəyyən edilib.

İndiyədək isə bu siyahıya audiovizual əsər nüsxəsi, fonoqram nüsxəsi, kompyuter proqramı nüsxəsi, məlumat toplusu nüsxəsi, kitab nüsxəsi daxil idi. Bunların hər bir nüsxəsinə veriləcək nəzarət markası üçün 15 qəpik haqq ödənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi