Azərbaycanda böyrək köçürülməsi əməliyyatı olunların sayı açıqlanıb

Azərbaycanda böyrək köçürülməsi əməliyyatı olunların sayı açıqlanıb Dövlət onların dərman təminatını öz üzərinə götürüb
Sağlamlıq
26 Dekabr , 2015 13:07
Azərbaycanda böyrək köçürülməsi əməliyyatı olunların sayı açıqlanıb

Bakı. 26 dekabr. REPORT.AZ/ "Son illərdə səhiyyənin qarşısında duran ən çətin problemlərdən biri olan xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanların hemodializ müalicəsi artıq öz həllini tapıb. Respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən 34 mərkəzdə üç minə yaxın xəstə hemodializ seansları və müvafiq dərman vasitələrilə tam həcmdə pulsuz təmin olunurlar". "Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili şöbəsinin müdiri Gülmirzə Poladov qurumun ilin yekunlarına həsr olunan kollegiya iclasında deyib.

Şöbə müdirinin sözlərinə görə, bu mərkəzlərin 26-sı bölgələrdə yerləşir və xəstələrin yarıdan çoxu Bakıya gəlmək məcburiyyətindən azad olaraq müalicəsini yaşadığı ərazidə alır: "İl ərzində 1 xəstəyə Astara rayonunda olmaqla, 81 nəfərə böyrək köçürülüb. İndi Azərbaycanda böyrək köçürülməsi əməliyyatı olunan 732 nəfər var və dövlət onların dərman təminatını öz üzərinə götürüb".

Son xəbərlər

Orphus sistemi