Azərbaycanda ana böyrəyini qızına verib - FOTO

Azərbaycanda ana böyrəyini qızına verib - FOTO Astarada ilk dəfə böyrəkköçürmə əməliyyatı keçirilib
Sağlamlıq
29 Oktyabr , 2015 11:55
Azərbaycanda ana böyrəyini qızına verib - FOTO

Bakı. 29 oktyabr. REPORT.AZ/ Astarada ilk dəfə böyrəkköçürmə əməliyyatı keçirilib. "Report" xəbər verir ki, əməliyyat Astara Rayon Mərkəzi xəstəxanasında aparılıb.

Belə ki, əməliyyatı Mərkəzi Neftçilər Xəstəxanasının cərrahiyyə və orqan transplantasiyası şöbəsinin həkim briqadası aparıb. Bu əməliyyat Astara Rayon Mərkəzi xəstəxanasında ilk dəfədir keçirilir.
Xroniki böyrək xəstəliyindən əziyyət çəkən Kijəbə qəsəbə sakini 1988-ci il təvəllüdlü Vüsalə Babayevaya 49 yaşlı anası Nazilə Qənbərovadan götürülən böyrək əməliyyat vasitəsilə köçürülüb.

Son xəbərlər

Orphus sistemi