Azərbaycanda 54 ağır hemofiliyalı uşaq I profilaktika müalicəsi alır

Azərbaycanda 54 ağır hemofiliyalı uşaq I profilaktika müalicəsi alır Bakı. 16 aprel. REPORT.AZ/ Bu gün Azərbaycanda 54 ağır hemofiliyalı uşaq I profilaktika müalicəsi alır.
Sağlamlıq
16 Aprel , 2018 11:36
Azərbaycanda 54 ağır hemofiliyalı uşaq I profilaktika müalicəsi alır
Elmi Tədqiqat Hemofiliya Mərkəzinin rəhbəri Elmira Qədimova / Report/ Elchin Murad

Bakı. 16 aprel. REPORT.AZ/ "Bu gün Azərbaycanda 54 ağır hemofiliyalı uşaq I profilaktika müalicəsi alır".

"Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Hemofiliya Mərkəzinin rəhbəri Elmira Qədimova mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Mir-Qasımov adına Respublika Klinik Xəstəxanasının Hematologiya şöbəsinin nəzdində yerləşən Hemofiliya Mərkəzində 1595 xəstə dispanser qeydiyyatdadır.

E.Qədimova qeyd edib ki, xəstəliyin respublika ərazisində yayılma tezliyi öyrənilib: "Müəyyən olunub ki, Bakı və Sumqayıtda, Mərkəzi Aran regionunda xəstələrin sayı artıb. Bakıda olan xəstələrin sayı 758 nəfər, Sumqayıtda isə 77 nəfərdir. Keçən il ölkə üzrə 53 xəstə ilkin qeydiyyata götürülüb".

O əlavə edib ki, keçən il ambulator müalicə üçün 2759, stasionar müalicə üçün 271 nəfər müraciət edib: "Qeydiyyatında olan xəstələrin 21 faizi 1-15 yaşındadır. Ümumi qeydiyyatında olan xəstələrin 98 nəfəri 1-5, 235 nəfəri 5-15 yaşlı dır. xəstələrin 1051-ində hemofiliya A, 139-da hemofiliya B, 210-da Villebrand xəstəliyi var".

Son xəbərlər

Orphus sistemi