Keçən ay Azərbaycanda 40-dan çox insan qidadan zəhərlənib

Keçən ay Azərbaycanda 40-dan çox insan qidadan zəhərlənib Qida zəhərlənməsi hadisələrinin hamısı məişətdə baş verib
Sağlamlıq
21 İyul , 2015 14:28
Keçən ay Azərbaycanda 40-dan çox insan qidadan zəhərlənib

Bakı. 21 iyul. REPORT.AZ/ Bu ilin iyun ayında Azərbaycanda 37 qida zəhərlənməsi hadisəsi qeydə alınıb. Bu barədə "Report"a Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev məlumat verib.

Onun sözlərinə görə, qida zəhərlənmələrindən ümumilikdə 43 nəfər zərər çəkib.

Şöbə müdiri onu da əlavə edib ki, keçən ay ölkədə botulizm hadisəsi qeydə alınmayıb və ay ərzində baş verən bütün qida zəhərlənməsi hadisələrinin hamısı məişətdə baş verib.

Qeyd edək ki, may ayında 43 qida zəhərlənməsi hadisəsi baş vermişdi.

Son xəbərlər

Orphus sistemi