Yuxarı

Azərbaycan Tibb Universitetində təhsil alan rezidentlərin sayı açıqlanıb

İndiyədək 154 nəfər rezident müxtəlif ixtisaslar üzrə ATU-nun klinikalarında rotasiyada olublar

Bakı. 14 may. REPORT.AZ/ Azərbaycan Tibb Universitetində (ATU) 539 nəfər rezident təhsil alır. "Report" xəbər verir ki, onlardan 202-si I kursda, 141-i II kursda, 103-ü III kursda, 93-ü isə IV kursda oxuyur. 

Hazırda Azərbaycan Tibb Universiteti üzrə 74 nəfər rezident Türkiyənin Erciyes, Hacitepe, 19 Mayıs, İstanbul, Ankara və digər universitetlərində, Almaniyada, Norveçdə, İsveçdə və Fransada 3-6 ay müddətində rotasiya keçirlər.

Bu il respublikada təhsil müddəti 2 və 3 il olan 15 ixtisas üzrə 93 nəfər rezident məzun olub. Onlardan 34 nəfəri ATU məzunlarıdır. Digər bazalardan indiyədək 154 nəfər rezident müxtəlif ixtisaslar üzrə ATU-nun klinikalarında rotasiyada olublar.

Azərbaycanda 1120 nəfər rezident təhsil alır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi