Azərbaycan analıq üçün ən münasib ölkələr arasında 90-cı yeri tutub

Azərbaycan analıq üçün ən münasib ölkələr arasında 90-cı yeri tutub "Save the Children" təşkilatı analıq üçün dünyanın ən əlverişli ölkələrinin teytinqini tərtib edib
Sağlamlıq
5 May , 2015 11:23
Azərbaycan analıq üçün ən münasib ölkələr arasında 90-cı yeri tutub

Bakı. 5 may. REPORT.AZ/ Azərbaycan analıq üçün ən münasib ölkələr arasında 90-cı yeri tutub. "Report" xəbər verir ki, bu barədə "Save the Children" təşkilatının məruzəsində deyilir. 

Reytinqin tərtib olunması zamanı şəhərlərdəki səhiyyə səviyyəsi, yeni doğulan uşaqların sağlamlıq göstəriciləri, doğuş zamanı ölüm statistikası, uşaqların dünyaya gəldiyi şərait, ölkədəki iqtisadi vəziyyət nəzərə alınır. 

Məruzədə əks olunan məlumatlarına əsasən, Rusiya reytinqdə 56-cı, Türkiyə 65-ci, Gürcüstan 86-cı, Ermənistan 103-cü yeri tutub. 

Analıq üçün ən münasib ölkələr Skandinaviya ölkələri - Norveç, Finlandiya, İslandiya, Danimarka, İsveç hesab olunub. 

Reytinqdə son yerləri Niqer, Mali, Konqo, Cənubi Afrika Respublikası, Somali tutub. 

Son xəbərlər

Orphus sistemi