Yuxarı

Aşura ilə bağlı qanvermə aksiyasında 2 614 litr qan tədarük olunub - YENİLƏNİB-4

Aşura ilə bağlı bu saata qədər Bakıda könüllü qan verənlərin sayı

Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə Aşura günü qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyaları davam edir.

Nazirlikdən "Report"a bildirilib ki, saat 18:00-a olan məlumata əsasən,  5 min 809 nəfər könüllü olaraq qan verib. Bu şəxslərdən 2 min 614 litr qan tədarük olunub.


*** 16:46

Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə Aşura günü qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyaları davam edir.

Nazirlikdən "Report"a bildirilib ki, saat 16:30-a olan məlumata əsasən, 5 min 719 nəfər könüllü olaraq qan verib. Bu şəxslərdən 2 min 573 litr qan tədarük olunub.


*** 15:10

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə Aşura günü qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyaları davam edir.

Nazirlikdən "Report"a bildirilib ki, saat 15:00-a olan məlumata görə, 5 min 401 nəfər könüllü olaraq qan verib. Bu şəxslərdən 2430.5 litr qan tədarük olunub.


*** 12:15

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə Aşura günü qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyaları davam edir.

Nazirlikdən "Report"a bildirilib ki, saat 12:00-a olan məlumata əsasən 3 min 510 nəfər könüllü olaraq qan verib. Bu şəxslərdən 1579.5 litr qan tədarük olunub.


*** 09:29

Bakının 8 rayonu üzrə xəstəxana və məscidlərdə keçirilən qanvermə aksiyalarında iştirak edənlərin sayı açıqlanıb.

Səhiyyə Nazirliyindən "Report"a verilən məlumata görə, saat 09:00-a olan məlumata əsasən 518 nəfər könüllü olaraq qan verib. Həmin şəxslərdən 233 litr qan tədarük olunub.

Qeyd edək ki, qanvermə aksiyası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə keçirilir.

Məhərrəm ayının onuncu, Aşura günü ilə əlaqədar olaraq respublikanın 28 şəhər rayon üzrə 32 yerdə qanvermə aksiyası keçirilir. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

Xatırladaq ki, Hicri təqvimi ilə Məhərrəm ayı sentyabrın 1-də başlayıb. Hicri təqviminin ilk iki ayında (Məhərrəm və Səfər ayları) Azərbaycanın əksər bölgələrində əhali toy mərasimləri keçirmir. Sentyabrın 29-da Məhərrəm ayı başa çatır və Səfər ayı başlayır. Səfər ayı isə oktyabrın 29-da başa çatır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi