Yuxarı

Alimlər: "Astma xəstəliyinə görə dərman içən uşaqlar qısaboylu olur"

Mütəxəssislər valideynlərə məktəbəqədər dövrdə həmin preparatlardan ehtiyatla və az istifadə edilməsini məsləhət görüb

Bakı. 8 oktyabr. REPORT.AZ/ İki yaşından kiçik uşaqlara astma xəstələyi dərmanının verilməsi onların gələcəkdə boyunun uzanmasına mane ola bilər. "Report" xarici mətbuata istinadən xəbər verir ki, finlandiyalı elm adamları apardıqları araşdırma nəticəsində bu qənaətə gəliblər.

12 min uşaq üzərində aparılan araşdırma zamanı uzun müddət kortikosteroid istifadə edən uşaqların gələcəkdə boyunun çox artmadığı müşahidə olunub.

Uşaqların valideynlərinin boyları nəzərə alınaraq aparılan təhlillərə görə, astma dərmanı istifadə edən uşaqların yetkin yaşlarda 3 santimetr daha qısa boylu olacaqları iddia edilir.

Mütəxəssislər valideynlərə məktəbəqədər dövrdə həmin preparatlardan ehtiyatla və az istifadə edilməsini məsləhət görüb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi