Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) qeydiyyatçı vəzifəsinə işə qəbul elan edib.
AQTİ-dən "Report"a verilən məlumata görə, vəzifə və öhdəliklər aşağıdakılardır:
- Gələn vətəndaşların dinlənilməsi, məlumatlandırılması, aidiyyəti şöbə ilə əlaqələndirilməsi;
- Gələn qonaqların qarşılanması və yola salınması;
- Daxil olan korrespondensiyanın qəbul edilməsi;
- Kənar şəxslərin inzibati binaya daxil olmasının qarşısının alınması üçün tədbirlər görmək, giriş zamanı onlardan sənəd tələb etmək, qeydiyyatını təşkil etmək;
- Telefon zənglərini qəbul etmək və aidiyyəti üzrə cavablandırmaq.
Namizədə tələblər:
- Yaş həddi: 35 yaşadək;
- Kompüterdə işləmək bacarığı (ofis proqramları və s.);
- Ünsiyyətcil və komanda ruhlu;
- Detallara diqqətlilik, səliqə və peşəkarlıq;
- Əməyin təşkilinin əsasları, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydaları ilə bağlı biliklərə malik olmalı;
- Ali təhsilli;
- Təcrübəyə dair tələb: müvafiq vəzifədə 1 ilədək iş təcrübəsi;
- Azərbaycan dilini səlis bilməli (Rus və ya ingilis dili arzuolunandır).
Şərtlər:
- Tam iş günü, iş qrafiki 09.00-dan 18.00-dək. Bazar ertəsi - cümə - həftənin 5 günü.
Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini mövzu yerinə “AQTİ resepşn” yazaraq, 30.01.2020 tarixinə qədər [email protected] ünvanına göndərə bilərlər. Əks halda, göstərilən vakansiya üzrə müraciətlər nəzərə alınmayacaq. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaq.