AQTA rəsmisi: "Uşaq bağçalarında məhsullar saxlanma rejimlərinə riayət edilmədən istifadə olunur"

AQTA rəsmisi: "Uşaq bağçalarında məhsullar saxlanma rejimlərinə riayət edilmədən istifadə olunur" Uşaq bağçalarında aparılan monitorinqlər zamanı aşkarlanan əsas nöqsanlardan biri işçilərin qida təhlükəsizliyi ilə bağlı normativ-texniki sənədlərin tələbləri ilə tanış olmamalarıdır.
Sağlamlıq
13 Sentyabr , 2019 16:13
AQTA rəsmisi: Uşaq bağçalarında məhsullar saxlanma rejimlərinə riayət edilmədən istifadə olunur

"Uşaq bağçalarında aparılan monitorinqlər zamanı aşkarlanan əsas nöqsanlardan biri işçilərin qida təhlükəsizliyi ilə bağlı normativ-texniki sənədlərin tələbləri ilə tanış olmamalarıdır".

"Report" xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Bakı Regional bölməsinin rəisi Əkbər Əliyev deyib.

O bildirib ki, uşaq bağçalarının işçiləri tez xarab olan məhsulların hansı şəraitdə saxlanılmasından məlumatsızdırlar: "Onlar məhsulun hansı qaydada tədarük olunması, hazırlanması barədə məlumatsızdırlar. Əsas nöqsanlar məhsulların saxlanma rejimlərə riayət edilmədən istifadə edilməsi halları ilə bağlıdır. AQTA regional bölmələrinin əməkdaşları həmin müəssisələrin işçilərinə həmin normativ texniki sənədlərin tələblərini izah edirlər. Bütün sənədlər toplanandan sonra nəticələr barədə ictimaiyyətə geniş məlumat veriləcək".

Son xəbərlər

Orphus sistemi