Yuxarı

Ağsuda dezinfeksiya tədbirləri həyata keçirilib

​Ağsuda dezinfeksiya tədbirləri həyata keçrilib
Dinlə

546

COVID-19 infeksiyasının qarşısının vaxtında alınması məqsədilə Ağsu rayonu ərazisində kompleks profilaktiki tədbirlər aparılıb.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, çoxmənzilli yaşayış binalarında və parklarda dezinfeksiya tədbirləri həyata keçirilib.

Bundan əlavə, 16 kənd icra nümayəndəlyinin inzibati binasında və bir sıra poçt filiallarında dezinfeksiya işləri görülüb. Rayon ərazisindəki parklar, yollar, məktəb binaları, iaşə obyektləri, yaşayış binaları dezinfeksiya olunub.

Sakinlər onların təhlükəsizliyi baxımından görülən işlərdən razılıqlarını bildiriblər. Dezinfeksya işləri Ağsu Rayon İcra Hakimiyyəti tərəfindən mütəmadi olaraq koronavirus təhlükəsi aradan qalxana qədər davam etdiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi