Yuxarı
    Bağlamaq

    Azərbaycanda 20 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib

    Şadlıq evlərindən 685 yaxma nümunəsi götürülüb

    Bakı. 12 iyun. REPORT.AZ/ "Respublikanın sanitariya-epidemioloji xidmət orqanları may ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 52 müəssisənin sahibini inzibati qaydada cərimə edib". Bu barədə "Report"a Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev məlumat verib.

    O bildirib ki, keçən ay 20 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib: "Keçən ay 278 yeyinti məhsulundan orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə nümunə götürülüb və onlardan 2-nin nəticəsi qeyri-kafi olub. Bakterioloji məhsullardan götürülən 204 nümunədən mənfi nəticə əldə edilməyib".

    İ.Abdullayevin sözlərinə görə, şadlıq evlərindən 685 yaxma nümunəsi götürülüb ki, bunlardan da mikrobioloji çirklənmə aşkar olunmayıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi