“1 bağça, 1 məktəb, 1 universitet" maarifləndirici pilot layihəsinə start verilib

“1 bağça, 1 məktəb, 1 universitet" maarifləndirici pilot layihəsinə start verilib Bakı. 4 may. REPORT.AZ/ Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “1 bağça, 1 məktəb, 1 universitet” maarifləndirici pilot layihəsinə başlayıb.
Sağlamlıq
4 may 2018 15:58
“1 bağça, 1 məktəb, 1 universitet maarifləndirici pilot layihəsinə start verilib

Bakı. 4 may. REPORT.AZ/ Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “1 bağça, 1 məktəb, 1 universitet” maarifləndirici pilot layihəsinə başlayıb.

Bu barədə "Report"a AQTA-nın Kommunikasiya və informasiya texnologiyaları şöbəsindən məlumat verilib.

Layihənin məqsədi məktəbəqədər şagirdlər, məktəblilər və tələbələr arasında qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və qida təhlükəsizliyi baxımından düzgün qidalanma vərdişlərinin aşılanmasıdır.

Layihə çərçivəsində AQTA-nın əməkdaşları Heydər Əliyev Fondunun təsis etdiyi Zərifə Əliyeva adına Uşaq bağçasında olub.

Bağçada gigiyena qaydalarına riayət olunma vəziyyəti ilə tanış olan AQTA əməkdaşları daha sonra məktəbəqədər şagirdlərə “sadə gigiyenik norma və qaydalar”, “sağlam qidalanma” və “qida çantasının hazırlanma qaydaları” mövzularında əyani-praktik təlim keçiblər.

Uşaqlarla maraqlı və interaktiv oyunlar təşkil olunub, məktəbəqədər şagirdlərin “sağlam qida” mövzusunda bilikləri yoxlanılıb. Layihə iştirakçılarına Agentliyin sertifikatları təqdim olunub. Sonda uşaqlarla xatirə şəkli çəkdirilib.

Son xəbərlər

Orphus sistemi