Xaçmaz rayonunda mənşəyi məlum olmayan heyvan cəmdəyi aşkarlanıb.
"Report"un yerli bürosu xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və
İlkin araşdırma zamanı aşkar olunan ətin orqonoleptik göstəricilərinə əsasən istifadəyə yararsız olduğu müəyyən edilib. Aşkar olunan məlum olmayan ət insan istehlakı üçün yararsız və insan sağlamlığı üçün təhlükəli olduğundan agentlik əməkdaşları tərəfindən utilizasiya olunub.
AQTA vətəndaşların sağlamlığının qorunması, əhalinin təhlükəsiz qida ilə təmin edilməsi istiqamətində nəzarət tədbirlərini davam etdirir. Agentlik vətəndaşlardan bu kimi hallarla bağlı məlumatları olduğu təqdirdə agentliyin 1003 nömrəli "Çağırı Mərkəzi”nə məlumat verməyi xahiş edir.