Vüqar Qurbanov: Hazırda TƏBİB-in tabeliyində iki tibbi helikopter var

Vüqar Qurbanov: Hazırda TƏBİB-in tabeliyində iki tibbi helikopter var Hazırda TƏBİB-in tabeliyində iki tibbi helikopter var və hava limanındadır.
Sağlamlıq
17 Oktyabr , 2024 12:53
Vüqar Qurbanov: Hazırda TƏBİB-in tabeliyində iki tibbi helikopter var

Hazırda TƏBİB-in tabeliyində iki tibbi helikopter var və hava limanındadır.

"Report" xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov brifinqdə sualları cavablandırarkən deyib.

O bildirib ki, ehtiyac yarandığı təqdirdə onlardan istifadə olunur:

"Tabeliyimizdə olan həmin helikopterlərdən ancaq Vətən müharibəsində və antiterror əməliyyatları zamanı istifadə edə bilmişik. Çünki Bakı və regionların yol infrastrukturunun yaxşı olduğunu nəzərə alaraq təcili tibbi yardım avtomobilinin helikopter vasitəsilə daşınma nisbətindən daha sürətli ola biləcəyini düşündüyümüzdən ehtiyac olmayıb. Hesab edirəm ki, helikopterlərdən adətən dağlıq və çətin relyefi olan ərazilərdən xəstə daşınması məqsədəuyğundur. Eyni zamanda Azərbaycan əhalisinin sayına görə iki tibbi helikopterlərin olmasının optimal olması qənaətindəyəm".

Son xəbərlər

Orphus sistemi