Vüqar Qurbanov: “Azərbaycanda COVID-19-a yoluxma minimal həddədir”

Vüqar Qurbanov: “Azərbaycanda COVID-19-a yoluxma minimal həddədir” “Bu ilin son həftələrində yoluxma hallarında 50 % azalma müşahidə edilib”.
Sağlamlıq
30 Dekabr , 2022 15:28
Vüqar Qurbanov: “Azərbaycanda COVID-19-a yoluxma minimal həddədir”

“Bu ilin son həftələrində yoluxma hallarında 50 % azalma müşahidə edilib”.

Bunu “Report”a müsahibəsində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov deyib.

TƏBİB rəhbəri xatırladıb ki, 2021-ci ildə gündəlik ortalama yoluxma 1 091, 2022-ci ildə 607 olduğu halda, noyabr ayı ərzində bu göstərici 35 olub.

O bildirib ki, bu il üzrə müsbət nəticələrin ümumi testlərdə payı (yoluxma əmsalı) ortalama 7%, son iki ay üzrə ortalama isə 2.2% təşkil edib: “Hospitalizasiya əmsalı 2021-ci ildə 11,7% , 2022-ci il üzrə isə 3 dəfə azalaraq 3,7% olub. Qeyd edilən statistik məlumatlara əsasən ötən dövrlərlə müqayisədə COVID-19-a yoluxma minimal həddədir. Qeyd etməliyəm ki, pandemiyanın vahid mərkəzdən idarəedilməsi - Operativ Qərargahın yaradılması, vaksinasiya kampaniyasının effektiv və vaxtında təşkil edilməsi, yoluxmaların fonunda təbii immunitetin yaranması bizi bu sınaqdan üzüağ çıxardı”.

Vüqar Qurbanovun geniş müsahibəsi ilə buradan tanış ola bilərsiniz.

Son xəbərlər

Orphus sistemi