Virusoloqlar COVID-19 haqqındakı populyar fikirləri təhlil edib

Virusoloqlar COVID-19 haqqındakı populyar fikirləri təhlil edib Rusiyanın infeksiya üzrə aparıcı ekspertləri koronavirus haqqında populyar məlumatları təhlil edərək nəyin doğru olduğunu, nəyin doğru olmadığını izah ediblər
Sağlamlıq
23 Oktyabr , 2020 17:19
Virusoloqlar COVID-19 haqqındakı populyar fikirləri təhlil edib

Rusiyanın infeksiya üzrə aparıcı ekspertləri koronavirus haqqında populyar məlumatları təhlil edərək nəyin doğru olduğunu, nəyin doğru olmadığını izah ediblər.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, onlar ən çox yayılmış mövqelər arasında əlcəklərin effektsizliyi, siqaret çəkənlərin daha az xəstələnməsi, eləcə də hətta paltar vasitəsi ilə COVID-19 xəstəliyinə yoluxa bilməyin mümkünlüyü barədə deyimləri önə çəkiblər.

Həqiqət olan faktlar bunlardır:

1. “Koronavirus hava damcıları ilə ötürülür”, - Tibbi Parazitologiya, Tropik və Transmissiya Xəstəlikləri İnstitutunun rəhbəri Lukaşev deyib. Bu əsaslı HƏQİQƏTdir.

2. Kişilər daha tez-tez xəstələnirlər – DOĞRUdur. “Kişilərin daha çox yoluxduğu məlumdur, lakin fərq azdır”, - virusoloq Altşteyn deyib. COVID-19-un cinsi “ayrı-seçkiliyi” ilə bağlı tezisi Lukaşev də təsdiqləyib: “Bunun niyə baş verdiyini bilmirik, ancaq çoxsaylı nümunələrdə bu görünür”.

3. Yaşlı nəsil risk altındadır - DOĞRUdur. “Bütün yaşlar koronavirusa tabedir. Ancaq yaşlılar daha tez-tez ölürlər”, - Altşteyn deyib.

4. Çoxları koronavirusa yoluxduğunu bilmir - DOĞRUdur. “Mütləq əksəriyyət koronavirus daşıyıcısı olur, amma xəstə olduqlarından belə şübhə etmirlər. Amma simptomları olmayan insanların virusu necə ötürə biləcəyi barədə məlumat yoxdur. Əsas yayıcılar olmasalar da, hansısa yolla yayırlar. Onların təkrar yoluxmadan nə dərəcədə qorunduqları da məlum deyil”, - Altşteyn bildirib.

5. İybilmə qabiliyyətinin itkisi koronavirus olduğunu göstərir - DOĞRUdur, ancaq hər zaman deyil. “Koronavirusun simptomları qızdırma, öskürək və iybilmə qabiliyyətiniun itkisinin birləşməsidir. Ancaq çox vaxt sonuncu amil psixoloji xarakter daşıyır”, - Altşteyn deyib.

Mütəxəssislər aşağıdakı söylənənlərə inanmamağı məsləhət görürlər.

1. COVID-19 qida və geyim yolu ilə ötürülür - demək olar MİFdir. “Virusun birinə yoluxması üçün lazımi dozaya ehtiyac var. Paltarlara, mağazadakı yeməklərə, saçlara düşən hər hansı virus təsir baxımından istənilən halda yüksək dərəcədə seyrələcək, onun konsentrasiyası onlarla, yüzlərlə dəfə azalacaq. Odur ki, bu cür yoluxma ehtimalı çox azdır”, - Lukaşev vurğulayıb.

2. Peyvənd faydasızdır – FEYKdir. “Peyvənd vurulmalıdır, bu dəqiqdir!”, - Qamaleya mərkəzinin rəhbəri Qintsburq açıq şəkildə bildirib.

3. Məhdudiyyətlər lazımsızdır - təxribatçı FEYKdir. “İnfeksiyanın ağırlıq dərəcəsinin həm də yoluxma dozasından asılı olduğundan şübhələnməyə əsas var. Ona görə də bizi 100% qorumayan tədbirlər belə ən azı ciddi xəstəlik riskini azaldır”, - Lukeşev söyləyib.

4. Siqaret çəkənlərdə daha az yoluxma olur – FEYKdir. “Düzgün həyat tərzi keçirmək - içməmək, siqaret çəkməmək lazımdır. Təmiz havada çox olmaq və və immuniteti gücləndirmək lazımdır”, - Qintsburq tövsiyə edib.

Ekspertlər əlcəklərin effektsizliyi barədə iddiaları isə MÜBAHİSƏLİ hesab edir. “Əlcəklər yoluxma riskini azalda bilər. Ancaq birincisi, məhz rezin əlcək geyinmək üçün heç bir səbəb yoxdur, sadə qış əlcəkləri də uyğundur. İkincisi, məsələn, burnunuza toxunsanız, əlcəklərin qoruma funksiyası işləməyəcək. Üçüncüsü, əlcəklərin rolunu qiymətləndirmək o qədər çətindir ki, qanun səviyyəsində onlardan istifadənin icbari edilməsinə səbəb görmürəm”, - Lukaşev deyib.

Son xəbərlər

Orphus sistemi