ÜST-ün İcraiyyə Şurası Qebreyesusun növbəti müddətə namizədliyinə baxacaq

ÜST-ün İcraiyyə Şurası Qebreyesusun növbəti müddətə namizədliyinə baxacaq Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İcraiyyə Şurası bu gün Cenevrədə açılacaq 150-ci sessiyasında (24-29 yanvar) Tedros Adhanom Qebreyesusun ikinci beşillik müddətə təşkilatın baş direktoru vəzifəsinə təyinatı üçün namizədliyinə baxacaq.
Sağlamlıq
24 Yanvar , 2022 03:27
ÜST-ün İcraiyyə Şurası Qebreyesusun növbəti müddətə namizədliyinə baxacaq

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İcraiyyə Şurası bu gün Cenevrədə açılacaq 150-ci sessiyasında (24-29 yanvar) Tedros Adhanom Qebreyesusun ikinci beşillik müddətə təşkilatın baş direktoru vəzifəsinə təyinatı üçün namizədliyinə baxacaq.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Sessiyada həmçinin may ayında keçirilməsi planlaşdırılan 75-ci illik Ümumdünya Səhiyyə Assambleyasına hazırlıq işlərinə, o cümlədən pandemiya ilə mübarizə, poliomielitin aradan qaldırılması, İİV-lə mübarizə, fövqəladə hallara hazırlıq və cavab tədbirləri kimi problemlərə də diqqət yetiriləcək.

Direktor ÜST-ün beynəlxalq səhiyyə fəaliyyətlərinə nəzarət edən baş inzibati və texniki vəzifəli şəxsdir. Vəzifəsinin icrasına ilk dəfə 2017-ci ildə başlayan Tedros Adhanom Qebreyesus yeganə namizəddir. Təşkilatın nizamnaməsinə uyğun olaraq, baş direktor namizədliyə ilkin prosedurda baxan İcraiyyə Şurasının təklifi ilə Ümumdünya Səhiyyə Assambleyasının sessiyasında təyin edilir.

Qərar Cenevrədə mayın 22-dən 28-dək keçiriləcək assambleya iclasında gizli səsvermə yolu ilə qəbul ediləcək. Hazırkı baş direktorun namizədliyi daha əvvəl təşkilata üzv olan 194 ölkədən 28-i tərəfindən təklif edilib. Cari sessiyada Şurada olan 34 dövlətin nümayəndələri namizədlə müsahibə keçirəcək, o, təşkilatın fəaliyyəti ilə bağlı öz fikirlərini təqdim edəcək və sualları cavablandıracaq.

Son xəbərlər

Orphus sistemi