Bakı. 11 sentyabr. REPORT.AZ/ Hər il 800 min insan könüllü şəkildə özlərini həyatdan məhrum edir. "Report" xəbər verir ki, bu barədə sentyabrın 10-da qeyd olunan Ümumdünya intiharların qarşısının alınması günü ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.
ÜST ekspertləri son illərdə 15-25 yaş arasında olan gənclər arasında intihar hallarının artdığını bəyan edir. Dünyada baş verən bütün intihar hallarının 75 faizi aşağı və orta gəlirli ölkələrdə qeydə alınıb.
Avropa regionunda 10-24 yaşlı uşaqlar, yeniyetmələr və gənclər arasında bütün ölüm hallarının təxminən 17 faizi intihar hadisələrinin payına düşür. Bu bölgədə ən yüksək sayda intihar hadisələri Litvada müşahidə olunub. Belə ki, burada hər 100 min insandan 28 nəfəri öz həyatına könüllü şəkildə son qoyur.
Dünyada intihar hadisələrinin ən çox qeydə alındığı ölkələr siyahısına Qazaxıstan və Türkmənistan da daxildir.