ÜST Çindən koronavirusun mənşəyi haqqında tam məlumat almağa çalışır

ÜST Çindən koronavirusun mənşəyi haqqında tam məlumat almağa çalışır Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çinə koronavirusun mənşəyi haqqında tam məlumat əldə etmək üçün təzyiq göstərir.
Sağlamlıq
17 Sentyabr , 2023 13:44
ÜST Çindən koronavirusun mənşəyi haqqında tam məlumat almağa çalışır

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çinə koronavirusun mənşəyi haqqında tam məlumat əldə etmək üçün təzyiq göstərir.

“Report”un məlumatına görə, bu barədə Böyük Britaniyanın “Financial Times” qəzetinə müsahibəsində ÜST-nin baş direktoru Tedros Adanom Qebreyesus deyib.

“Biz Çinə [koronavirusun mənşəyinə dair məlumatlara] tam girişi təmin etmək üçün təzyiq edirik. Biz ölkələri Çin rəsmiləri ilə ikitərəfli görüşlərində bu məsələni qaldırmalarını xahiş edirik”, - o deyib.

ÜST-nin baş direktoru vurğulayıb ki, təşkilat koronavirusun səbəbləri ilə bağlı tam araşdırma aparmaq üçün Çinə “nümayəndə heyəti göndərmək istəyir”.

Qebreyesus qeyd edib ki, hazırda virusun yaranmasının bütün mümkün variantları, o cümlədən laboratoriya nəzəriyyəsi nəzərdən keçirilir.

“Aydın dəlil almayana qədər heç nə deyə bilmərik. Cavab alacağıq. Bu zaman məsələsidir”, - o diqqətə çatdırıb. ÜST-nin baş direktoru söyləyib ki, COVID-19-un mənşəyinin səbəblərini anlamaq növbəti pandemiyanın qarşısını almağa kömək edəcək.

Son xəbərlər

Orphus sistemi