Tovuz döyüşləri ilə bağlı keçirilən kütləvi tədbirlər yoluxma hallarını artıracaq?

Tovuz döyüşləri ilə bağlı keçirilən kütləvi tədbirlər yoluxma hallarını artıracaq? “Bu günlərdə statistikada dəyişikliklər varsa da, müsbət dəyişikliklərdən söhbət gedir. Amma təbii ki, inkubasion adlanan bir dövr var. Hər hansı bir toplaşma ilə bağlı artım gözlənilsə də, hələ ki, biz bunu görmürük”.
Sağlamlıq
20 İyul , 2020 18:21
Tovuz döyüşləri ilə bağlı keçirilən kütləvi tədbirlər yoluxma hallarını artıracaq?

“Bu günlərdə statistikada dəyişikliklər varsa da, müsbət dəyişikliklərdən söhbət gedir. Amma, təbii ki, inkubasion adlanan bir dövr var. Hər hansı bir toplaşma ilə bağlı artım gözlənilsə də, hələ ki, biz bunu görmürük”.

“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Aparat rəhbəri “Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olan hərbi qulluqçuların yas mərasimində yaşanan böyük izdihamla əlaqədar olaraq, koronavirusa yoluxma sayında mənfi tendensiya gözləyirsinizmi?” sualına isə belə cavab verib: “İnsanların vətənpərvər və emosional duyğuları onları müəyyən sərhədləri keçməyə vadar edir. Amma unutmayaq ki, koronavirus mövcuddur, ona görə də fiziki məsafənin saxlanılması və maskadan istifadə vacibdir”.

Son xəbərlər

Orphus sistemi