Son sutkada Azərbaycanda 53 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb

Son sutkada Azərbaycanda 53 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb Azərbaycanda son sutkada koronavirus infeksiyasına 53 yeni yoluxma faktı qeydə alınıb, 55 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Sağlamlıq
29 Oktyabr , 2022 17:11
Son sutkada Azərbaycanda 53 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 53 yeni yoluxma faktı qeydə alınıb, 55 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Report"a verilən məlumata görə, analiz nümunələri müsbət çıxmış 1 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 823 202 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 812 944 nəfər müalicə olunaraq sağalıb, hazırda 314 aktiv xəstə var. Bu günə qədər 9 944 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 060, bu günə qədər isə ümumilikdə 7 317 582 test icra olunub.

Son xəbərlər

Orphus sistemi