Son 3 gündə Cəlilabadda koronavirusa yoluxma qeydə alınmayıb

Son 3 gündə Cəlilabadda koronavirusa yoluxma qeydə alınmayıb Son 3 gün ərzində Cəlilabad rayonu ərazisində koronavirus (COVID-19) infeksiyasına yoluxma halı qeydə alınmayıb.
Sağlamlıq
21 Avqust , 2020 11:37
Son 3 gündə Cəlilabadda koronavirusa yoluxma qeydə alınmayıb
0 : 00
0 : 00

Son 3 gün ərzində Cəlilabad rayonu ərazisində koronavirus (COVID-19) infeksiyasına yoluxma halı qeydə alınmayıb.

Bu barədə "Report"un Muğan bürosuna rayonun tibb müəssisəsindən məlumat daxil olub.

Qeyd olunub ki, avqustun 17, 18 və 19-da rayon ərazisində COVID-19-a yoluxma halının müəyyənləşdirilməsi üçün götürülən test analizlərinin nəticəsi neqativ çıxıb və bununla da, rayonda yoluxma halı aşkar edilməyib.

Qeyd edək ki, Cəlilabad daha əvvəl koronavirusa kütləvi yoluxma hallarının qeydə alındığı ərazilərdən biri olub. Bir müddət əvvəl rayonun 5 kəndində (Həziabad, Bəcrəvan, Ağdaş, Komanlı və Şıxlar) koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının artım dinamikası müşahidə olunub. Həmin ərazilər arasında ən çox yoluxma hallarının rayonun Ağdaş kəndində olduğu bildirilib. Bundan sonra koronavirusa yoluxma hallarının daha çox qeydə alındığı kəndlərdə polis nəzarəti gücləndirilib. Eyni zamanda, sərtləşdirilmiş xüsusi karantin rejimi ilə əlaqədar şəhər ərazisində kütləvi dezinfeksiya işləri aparılıb.

Xatırladaq ki, Cəlilabad şəhəri sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonların sırasındadır.

Son xəbərlər

Orphus sistemi