Bakı. 20 noyabr. REPORT.AZ/ Son 10 ildə (2008-2017) Azərbaycanda doğulan körpələrin sayı açıqlanıb.
“Report” xəbər verir ki, bu müddət ərzində ölkədə 835187 uşaq dünyaya gəlib.
Son 10 ildə Azərbaycanda 1 yaşadək olan 17 992 körpə müxtəlif səbəblərdən ölüb. Onlardan 791-i infeksion və parazitar xəstəliklərdən, 3 366-sı tənəffüs sistemi xəstəliklərindən, 8 186-sı perinatal dövrdə meydana çıxan bəzi hallardan, 2 223-ü anadangəlmə anomaliyalardan (inkişaf qüsurları), deformasiyalar və xromosom pozuntularından, 196-sı isə travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən dünyasını dəyişib.
Ümumilikdə isə son on ildə Azərbaycanda müxtəlif səbəblərdən ölən şəxslərin sayı 546 068 nəfər təşkil edib. Onlardan 66 503-ü yenitörəmələrdən, 331 672-si qan dövranı sisteminin xəstəliklərindən, 20 331-i tənəffüs sistemi xəstəliklərindən, 25 476-sı isə travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən həyatını itirib.