Siqaret tüstüsünə məruz qalan uşaqların kök olmaq riski daha çoxdur

Siqaret tüstüsünə məruz qalan uşaqların kök olmaq riski daha çoxdur Bu qənaətə kanadalı elm adamları apardıqları araşdırmadan sonra gəliblər
Sağlamlıq
26 İyun , 2015 17:39
Siqaret tüstüsünə məruz qalan uşaqların kök olmaq riski daha çoxdur

Bakı. 26 iyun. REPORT.AZ/ Siqaret tüstüsünə məruz qalan uşaqların kök olmaq riski daha çoxdur. "Report" xarici mətbuata istinadən xəbər verir ki, bu qənaətə kanadalı elm adamları apardıqları araşdırmalardan sonra gəliblər.

Araşdırmanın nəticəsinə görə, siqaret tüstüsünə məruz qalan uşaqların bel ətrafı daha piyli və bədən kütlə indeksi daha yüksək olur. Elm adamları 2 055 nəfər şəxsin siqaret çəkmə vərdişlərini və uşaqlarının kilosunu sınaqdan keçirib. Nəticədə aradabir, yaxud da daimi olaraq siqaret tüstüsünə məruz qalan uşaqların 10 yaşdan etibarən bel ətrafının digərlərindən 1,5 santimetr daha geniş olduğu müəyyən edilib. Həmçinin bu uşaqların bədən kütlə indeksinin 0,48-0,81 yüksək olduğu da aşkar edilib.

Araşdırmanın nəticələri "Nicotine and Tobacco Research" jurnalında dərc olunub.

Son xəbərlər

Orphus sistemi