Sinir sistemini gücləndirən məhsulun adı açıqlanıb

Sinir sistemini gücləndirən məhsulun adı açıqlanıb Mütəmadi olaraq qədərində banan yemək ürəyə müsbət təsir göstərir və sinir sistemini gücləndirir
Sağlamlıq
1589
18 Sentyabr , 2020 13:58
Sinir sistemini gücləndirən məhsulun adı açıqlanıb

“Mütəmadi olaraq qədərində banan yemək ürəyə müsbət təsir göstərir və sinir sistemini gücləndirir”.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Seçenov Universitetinin Fərdi Tibb İnstitutunun sağlamlığı idarəetmə klinikasının həkim-dietoloqu Natalya Puqaçova “Moskva” Şəhər Xəbərləri Agentliyinə deyib.

O xatırladıb ki, bananın tərkibində kalium, maqnezium, manqan və mis var: “Ürəyin normal işləməsi üçün kalium və maqneziuma ehtiyac var, üstəlik, onlar arterial təzyiqin tənzimlənməsində iştirak edirlər. Mis hemoqlobin və kollagenin sintezinə kömək edir, eləcə də zərərli maddələrin zərərsizləşdirilməsinə təsir göstərir. Manqan isə enerji mübadiləsi üçün vacibdir”.

Mütəxəssis qeyd edib ki, bananın tərkibində həmçinin çox miqdarda B6 vitamini - piridoksin var: “Bu vitamin sinir sisteminin sağlamlığı, hematopoez, antioksidan qorunması üçün vacibdir”.

Son xəbərlər

Orphus sistemi