Səhiyyə Nazirliyindən evdə müalicə ilə bağlı açıqlama

Səhiyyə Nazirliyindən evdə müalicə ilə bağlı açıqlama “Hazırda ölkəmizdə koronavirusa yoluxanların sayı kifayət qədər çoxdur. Onların hamısı xəstəxana fondu üçün yükdür. Onların hamısı həmçinin həkimlər üçün də yükdür. Çünki ona baxacaq tibb bacısı və həkim lazımdır”.
Sağlamlıq
20 İyul , 2020 18:10
Səhiyyə Nazirliyindən evdə müalicə ilə bağlı açıqlama

“Hazırda ölkəmizdə koronavirusa yoluxanların sayı kifayət qədər çoxdur. Onların hamısı xəstəxana fondu üçün yükdür. Onların hamısı həmçinin həkimlər üçün də yükdür. Çünki ona baxacaq tibb bacısı və həkim lazımdır”.

“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

“Təsəvvür edin ki, simptomu olmayan bir insan xəstəxanada yer tutur, onlara tibb personalının diqqəti ayrılır. Halbuki, xəstəxanaya ehtiyacı daha çox olan xəstələr ola bilər. Bunlar hamısı toplaşanda isə bu zaman çarpayı çatışmazlığı yarana bilər. Həkimlərin, tibb xidmətinin olduqca yüksəlməsi baş verə bilər. Buna görə də biz ev şəraitində əlamətsiz, simptomsuz, yüngül əlaməti olanların nəzarətdə saxlanılmasını məqsədəuyğun hesab edirik”, - o bildirib.

Son xəbərlər

Orphus sistemi