Səhiyyə Nazirliyi tütündən istifadənin nəticələrindən qorunma sahəsində dövlət siyasəti və nəzarətini həyata keçirəcək

Sağlamlıq
  • 04 oktyabr, 2018
  • 15:34
Səhiyyə Nazirliyi tütündən istifadənin nəticələrindən qorunma sahəsində dövlət siyasəti və nəzarətini həyata keçirəcək

Bakı. 4 oktyabr. REPORT.AZ/ Səhiyyə Nazirliyinə tütündən istifadənin nəticələrindən qorunma sahəsində dövlət siyasəti və nəzarətini həyata keçirmək səlahiyyəti verilib. 

"Report"un məlumatına görə, bu, Prezident İlham Əliyevin Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalaması ilə mümkün olub. 

Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 8.10-3-cü bənd əlavə edilib:

“8.10-3. tütündən istifadənin nəticələrindən qorunma sahəsində dövlət siyasətini və dövlət nəzarətini həyata keçirmək;”.

Son xəbərlər

Bütün Xəbər Lenti