Səhiyyə Nazirliyi “Sputnik V” vaksininin və “AstraZeneca” şirkətinin Oksford Universiteti ilə birgə işləyib hazırladığı vaksinin birgə tətbiqi üçün Azərbaycanda kliniki tədqiqatların aparılması üçün icazə verib.
Nazirlikdən "Report"a verilən məlumata görə, bu tədqiqatların fevral ayının sonuna qədər başlanılması nəzərdə tutulur.
Daha əvvəl N.F.Qamaleya adına Elmi-Tədqiqat Mərkəzi, Rusiyanın Birbaşa İnvestisiyalar Fondu (RBİF), “AstraZeneca” şirkəti və “R-Pharm" Şirkətlər Qrupu koronavirus vaksininin hazırlanması sahəsində Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə 2020-ci ilin dekabrında əməkdaşlıq haqqında birgə memorandum imzalamışlar.
Dünyada vaksinlərin ilk birgə tətbiqi 24 dekabr 2020-ci ildə qeydə alınan kliniki sınaqların protokolu çərçivəsində həyata keçirilir.
Tədqiqatlar “Sputnik V” vaksininin və Oksford Universiteti ilə birgə “AstraZeneca” şirkəti tərəfindən işlənib hazırlanmış vaksinin kombinasiya edilmiş tətbiqinin immunogenliyini və təhlükəsizliyinin qiymətləndirilməsini nəzərdə tutur. Tədqiqat proqramı bir neçə ölkənin ərazisində 6 ay davam edəcək. Bu tədqiqatların aparılmasına hər bir ölkədən 100 könüllünün cəlb edilməsi planlaşdırılır.
“Sputnik V” vaksini haqqında
“Sputnik V” vaksini insan adenovirusu əsasında iki inyeksiya üçün eyni vektordan istifadə edən vaksinlərlə müqayisədə daha güclü və uzunmüddətli immun cavabını təmin etməyə imkan verən iki müxtəlif vektorun kombinasiyasının unikal texnologiyasından istifadə edir. Birinci və ikinci immunizasiya üçün iki müxtəlif adenovirus vektorunun tətbiqi üzrə sxem birinci immunizasiyadan sonra formalaşan ilk vektor immunitetinin qarşısını almağa imkan verir və bununla da ikinci inyeksiyanın səmərəliliyini artırır və uzunmüddətli immunitet yaradır. O cümlədən bu sxem sayəsində “Sputnik V” vaksininin səmərəliliyi 90 %-dən çox olur, bununla belə preparat xəstəliyin ağır hallarına qarşı tam müdafiəni təmin edir. Koronavirusa qarşı mövcud olan qabaqcıl vaksinlər arasında hazırda yalnız “Sputnik V” iki müxtəlif vektor texnologiyasına malikdir.
“AstraZeneca” şirkətinin vaksini haqqında
Vaksin “Vaccitech” şirkəti ilə birlikdə Oksford Universiteti tərəfindən hazırlanmışdır. Bu şimpanzedə infeksiyaya səbəb olan adi soyuqdəymə virusunun (adenovirusun) zəifləmiş versiyası əsasında şimpanzenin replikasiya qüsurlu virus vektorundan istifadə edir və SARS-CoV-2 (severe acute respiratory syndrome coronavirus 2 – 2-ci növ koronavirusun səbəb olduğu ağır kəskin respirator sindromu) zülalının genetik materialından ibarətdir. Vaksinasiyadan sonra zülalın səthi sintezi baş verir. Bu da bu virusun ehtimal edilən sonrakı infeksiyası zamanı SARS-CoV-2-yə qarşı immunitet reaksiyasının yaranmasına səbəb olur.
Xatırladaq ki, 9 dekabr 2019-cu ildə Pirallahı Sənaye Parkında Azərbaycan İnvestisiya Şirkətinin və Azərbaycan İqtisadiyyat Nazirliyinin dəstəyi ilə “R-Pharm” Şirkətlər Qrupunun yeni istehsal kompleksinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilmişdir.
Bakıdakı “R-Pharm” əczaçılıq kompleksi MDB məkanında ən müasir istehsal sahələrindən biridir. Yüksək texnoloji avadanlıqlarla təchiz olunmuş dərman zavodun sahəsi 4,6 hektardır.
"R-Pharm" zavodu Azərbaycan bazarı üçün onkoloji, kardioloji, endokrin, hemotoloji, antibakterial, virus və sairə kimi ictimai cəhətdən əhəmiyyətli xəstəliklərin terapiyasına yönəldilmiş dərmanlar istehsal edəcək. Eyni zamanda, hepatit C, şəkərli diabet, vərəm və onun kəskin ağır, formalarından əziyyət çəkən pasiyentlər qabaqcıl terapiyadan yararlanmaq imkanı əldə edəcəklər.
Dekabrın sonunda "R-Pharm" Şirkətlər Qrupu Azərbaycanda iki özünə məxsus işlənməsi - Koronavir (favipiravir) və Artlegia (olokizumab) dərman vasitələrin qeydiyyat prosesi başa çatdmışdır. Bu preparatlar xaricdə təsdiqlənmiş COVİD-19-un müalicəsi üçün şirkətin ilk dərmanlarıdır.